Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama

20 Fevral 2021 15:44    583 Baxış   
Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama yayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında dərs cədvəlinin məktəb səviyyəsində tərtib edildiyini yazıb.

O qeyd edib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.

Qeyd edək ki, fevral ayının 1-dən məktəblərdə əyani tədris qismən bərpa olunub.

Report.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar