Təhsil Nazirliyindən müəllimlərə MÜRACİƏT

03 Noyabr 2021 20:49    297 Baxış   
Təhsil Nazirliyindən müəllimlərə  MÜRACİƏT

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Dominant.az "Report"a istinadən xəbər verir ki, Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov belə məcburiyyətin olmadığını deyib.

Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub: "Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar