Təhsil Nazirliyindən payız tətili AÇIQLAMASI

11 Noyabr 2021 16:21    214 Baxış   
Təhsil Nazirliyindən payız tətili  AÇIQLAMASI

Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.

Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.

(APA)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar