Təhsilin üz qarası və ya "qızın iki adaxlısı var"

20 Avqust 2020 19:20    924 Baxış   
Təhsilin üz qarası və ya "qızın iki adaxlısı var"
Cəmiyyətin inkişafı, sosial münasibətlərin dürüstlüyü, insanların rifahı təhsil sistemindən asılıdır desək, yanılmarıq. Bu gün ölkəmizdə təhsilin ürəkaçan olduğunu söyləmək isə zənnimizcə yanlış olardı. Son dövrlər aparılan islahatlara baxmayaraq, hələ də təhsilimizin başbəlası olan, əksər insanların narazı qaldığı yarıtmaz kadr-müəllimlər yerində qalmaqdadır.

Belələrindən biri və bəlkə Abşeron rayon, Ceyranbatan qəsəbə 1 saylı məktəbin direktoru Çinarə Atayevadı. Adının açıqlanmasını istəməyən, qəsəbə sakininin Dominant.az-a bildirdiyinə görə, təxminən, üç ildir böyük bir kollektivə rəhbərliyi həvalə olunan Atayeva nə direktora, nə də müəllimə yaraşan işlər görür:

"Onun üçün dərs bölgüsünü istədiyi kimi tərtib etmək, 1-ci sinfə qəbul zamanı valideynləri olmayan bığının altından keçirməyə məcbur etmək, yuxarı sinif şagirdlərinin nəyinsə müqabilində dərsə gəlməyərək repetitor yanına getməsini təmin etmək adi haldı. Qəribəsi odu ki, kimsə etiraz etsə, Atayeva həmən cavabını verəcək: "mən imtahan və müsabiqə yolu ilə nazirlik tərəfindən təyin olunmuş adamam , heç kim mənə gözün üstə qaşın var deyə bilməz" söyləyərək özünü suda balıq kimi hiss edir".

Şikayətçinin iddia etdiyinə görə, xanım direktor sadəcə müqavilə ilə hazırkı vəzifəsini icra edir və heç bir imtahan-müsabiqə labirintindən keçməyib: "Hətta 1 saylı məktəbə Təhsil Nazirliyi tərəfindən Ruhiyyə Tağıyeva adlı şəxs təyin olunub. Di gəl ki, Atayevanın öyrətdiyi müəllimlər və valideynlər tərəfindən "rədd olunan", məktəbin həndəvərinə gəlməsi belə, yasaq olunan Tağıyeva hələ də "şahlıq quşunun başına qonmasını" gözləyir. Atayeva isə nəyin bahasına olur olsun, kreslosunu vermək istəmir. Zarafat deyil, "nə yoğurub, nə yapıb, hazırca kökə tapıb. Məşhur "O olmasın, bu olsun" filmindəki "qızın iki adaxlısı var" deyimi, sanki bu məktəbə şamil olunub".

Qəsəbə sakini ümid edir ki, yeni təyin olunmuş Təhsil naziri Ç.Atayevanın "qatı açılmamış" əməllərinin üstünü açacaq: "Emin Əmrullayevin Təhsil naziri təyin olunması ictimaiyyət arasında heç şübhəsiz rəğbətlə qarşılandı. Onun təhsil sahəsindəki bilimləri, yeni texnologiyaların tətbiqi ilə bağlı baxışları, ən əsası, sadə müəllimlərin real durumunu təhlil etmək qabiliyyəti,şübhəsiz yarıtmaz, işini bilməyən, təhsilimizə üz qarası olanlara qarşı qətiyyətli olacağından xəbər verir. İnanırıq ki, Çinarə Atayev bu qətiyyətin qarşısında əriyib muma dönəcək".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar