Telman İsmayılov azadlığa çıxıb

22 Oktyabr 2021 21:37    218 Baxış   
Telman İsmayılov azadlığa çıxıb

Monteneqro milliyətcə azərbaycanlı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılova siyasi sığınacaq verib.

Dominant.az Monteneqronun "Vijesti" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Miloş Vuksanoviç məlumat verib.

Vəkil bildirib ki, Telman İsmayılov Monteneqrodakı ekstradisiya təcridxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

Xatırladaq ki, Telman İsmayılov oktyabrın 1-də Monteneqroda saxlanılıb. O, 2 ay müddətinə azadlıqdan məhrum edilib. Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.

(Modern.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar