Torpaq insan kimi yaddaşını qoruyur və sahibinə dönür - Başkənddən reportaj

24 Martt 2021 21:49    4584 Baxış   
Torpaq insan kimi yaddaşını qoruyur və sahibinə dönür -  Başkənddən reportaj

Göy qübbəsinə doğru yol irəlilədikcə elə hesab etmək olar ki, görünən ənginliklərdə yerlə səma bitişir və şəhadət barmağını göz qövsünun önündə tutmaqla insan təbiət qarşısında nə qədər nəhəng olduğunu anlaya bilir.

Asfalt yol örtüyünün bəzi hissələri dağılıb, tank tirtillari altında parçalanıb, çala-çuxur bütün yolboyu avtomobilləri müşayiət edir.


07 markalı sovet maşını ilə masmavi formaya bürünən gölün kənarına yaxınlaşırıq. Burası türk yurdu, 100 ildən artıq bir müddətdə ermənilərə hədiyyə edilmiş Başkənd kəndidir.

Ermənilər ötən əsrin 70-ci illərindən sonra Azərbaycanın baş kəndinə öz dillərində "Arstsvasen" adı qoyurlar. Başkənd ermənicədə də deyildiyi kimi, tam bir qartal yuvasıdır.

Şınıx mahalına doğru gedən yolun sağ - solu, yolqiragi evlərin həyətləri ikinci Qarabağ savaşından miras qalan sığınacaq quyuları ilə doludur.
Burda müharibənin izləri, savaşın əsl üzü daha dəhşəti ilə hiss edilir.

Sol yuxarı hissə ilə davam edən digər yolun üzərində Birinci Qarabağ Müharibəsinin milli qəhrəmanlarından olan Məzahir Rüstəmovun məzarı ucalır...

Yol üzərində yerləşən "Fal daşı" adlanan yerdən azca yuxarıya doğru, təpəliyin üzərində daş topası diqqəti cəlb edir. Abidənin özü uçurulsa da, möhkəm kök hissəsi varlığını qorumaqdadır. Bu, Azərbaycan xalqının düşməni, ermənilərin qəddar və amansız generalı Andronik Ozanyanın heykəlinin qalığıdır.

Bu işarət təkcə türk torpağının bir işğal faktı deyil, acı tarixin, minlərlə qətlə yetirilən ətraf kəndlərin əhalisinin də bir nişanəsidir ki, yaxşı olar, o məhnus qalığın yerində soyqırımı abidəsi ucala...

Yolun döngələrinin birində maşını saxladıram. Xaraba qalmış evlərdən birinə yaxınlaşıram, zirzəmi qapısına doğru, yuvarlanan yastı daşın üstünə əyləşirəm.


Bəzi nəticələr çıxarıram:

1. Yüz il də keçsə, torpaq kimə məxsusdursa, insan kimi yaddaşını qoruyur və sahibinə dönür.

2. Başkənd böyük məğlub şəklin fonunda, az da olsa, qələbə, təsəlli yeri idi ki, ikinci - qalibiyyət savaşının bir ilki və davamı oldu.

3. Bu kəndin təpəlikləri müsəlman qəbirləri ilə doludur.

Duman asta - asta yola düşür, bir metr məsafəni görmək mümkün deyil, amma bu yağışlı qaranlığın ortasında qorxursuz - əminliklə hərəkət edirik. Çünki arxada şanlı əsgərimiz, öndə isə evimizdir.

Əziz Əlibəyli

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar