Trampın kürəkəni Rusiya fondu ilə əlaqədə ittiham olunur

24 Avqust 2020 12:50    293 Baxış   
Trampın kürəkəni Rusiya fondu ilə əlaqədə ittiham olunur
ABŞ Prezidenti Donald Trampın böyük müşaviri və kürəkəni Cared Kuşner Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev ilə əlaqədə ittiham olunur.

Dominant.az xəbər verir ki, bu barədə “The Daily Beast” analitik internet-nəşri Ağ Evə istinadən məlumat yayıb.

Ağ Ev administrasiyasındakı mənbələrin məlumatına görə, Kuşner və Dmitriyev bir neçə ildir ABŞ-Rusiya əməkdaşlığı imkanlarını mütəmadi müzakirə edib. Onların bu müzakirələri həm məsafədən vasitəçilərin iştirakı ilə, həm də şəxsən görüşərək apardığı qeyd olunub.

Danışıqların nəticələrindən biri də koronavirus pandemiyası zamanı Rusiyanın ABŞ-a tibbi avadanlıq göndərməsi olub. Qeyd olunur ki, Dövlət Departamenti yüklərin qəbulu və logistikası ilə məşğul olub, təşkilati məsələlər isə şəxsən Kuşnerə tapşırılıb. Nəşrin yazdığına görə, o, Rusiyadan yüklərin çatdırılması barədə şəxsən danışıqlar aparıb və həmçinin Dmitriyevlə şəxsi tanışlığından istifadə edərək müqavilənin bağlanmasını sürətləndirib.

Xatırladaq ki, aprelin əvvəlində Rusiyadan ABŞ-a koronavirusla mübarizə çərçivəsində humanitar tibbi yardım göndərilmişdi. (Bakupost)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar