Türk pilot rus təyyarəsinə aqressiv şəkildə müdaxilə etdi - Gərginlik yaşanır

22 İyul 2021 15:13    783 Baxış   
Türk pilot rus təyyarəsinə aqressiv şəkildə müdaxilə etdi -  Gərginlik yaşanır

Polşa hava məkanında Türkiyəyə məxsus F-16 qırıcısı ilə Rusiyaya məxsus İl-38 təyyarəsi üz-üzə gəlib.

Dominant.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Rusiyaya məxsus hərbi təyyarə Polşanın hava məkanına daxil olmağa cəhd göstərib. Bu zaman Polşanın Malbrok hərbi bazasında olan türk qırıcısı dərhal havaya qaldırılıb. Döyüşə tam hazır vəziyyətdə olan türk qırıcısının müdaxiləsindən sonra rus təyyarəsi geri çəkilib. İddialara görə, türk pilot rus təyyarəsinə aqressiv şəkildə müdaxilə edib. NATO-nun rəsmi səhifəsində rus təyyarəsinə müdaxilə edən türk qırıcısının fotoları paylaşılıb.

Qeyd edək ki, 4 türk qırıcısı NATO-nun hava polisi missiyası çərçivəsində Polşadadır.

(Metbuat.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar