Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçirlər

22 İyun 2022 15:44    5701 Baxış   
Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçirlər

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar