"Türkiyə süni küləklərlə əyilib-bükülən ölkə deyil" - Ərdoğan

11 Avqust 2020 11:29    289 Baxış   
"Türkiyə süni küləklərlə əyilib-bükülən ölkə deyil" -  Ərdoğan
"Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil".

Dominant.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabındakı paylaşımında deyib.

“Türkiyənin regional və qlobal bir güc olaraq yüksələn ulduzundan narahat olanlar hər dəfə daha məkrli, daha riyakar şəkildə üstümüzə gəldilər.

Terror təşkilatlarından tutmuş çevriliş edənlərə, maliyyə lobbilərindən tutmuş tarixi hesablaşmalara qədər hər cür vasitə ilə təzyiq göstərdilər.

Hamısının bir-bir öhdəsindən gəldik. Bu gün ölkəmizin gələcəyə inamla baxmasının, regional və qlobal mövqelərdə fəal rol oynamasının arxasında güclü bir təməl var.

Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.

Epidemiyadan sonra meydana gələn yeni dünya nizamında coğrafi mövqeyimiz, logistik şəbəkə əlaqələrimiz, istehsal gücümüz, insan resursları və bilik və bacarıqlarımızdan istifadə edərək yeni bir uğur hekayəsi yazacağıq”, - deyə R.T.Ərdoğan bildirib.

Paylaşımda Türkiyənin 2002-2019-cu illər arasındakı inkişafını göstərən sxem yer alıb.

"Türkiyə süni küləklərlə əyilib-bükülən ölkə deyil" -  Ərdoğan


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar