Türkiyə XİN: “Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz deyəcək sonuncu ölkədir"

24 Avqust 2020 15:01    312 Baxış   
Türkiyə XİN: “Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz deyəcək sonuncu ölkədir"
“Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz deyəcək sonuncu ölkədir"

Dominant.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Xarici İşlər Nazirliyinin Kariye məscidinin ibadətə açılması ilə bağlı açıqlamasına cavab olaraq deyib.

Hami Aksoy Kariye məscidinin də Ayasofya məscidi və Türkiyə torpaqlarındakı bütün mədəni dəyərlər kimi ölkənin mülkiyyəti olduğunu bildirib: "Mədəniyyətimizdən və tariximizdən gələn tolerantlıq ənənəmiz və beynəlxalq konvensiyalardan irəli gələn hüquq və vəzifələrimiz çərçivəsində bütün mədəni sərvətlərimizi çox diqqətli bir şəkildə qoruyuruq. Dünya irsi sahəsindəki statusun dəyişdirilməsinin YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması” haqqında Konvensiyasını pozmadığını vurğulamaq istəyirik. Ərazisindəki Osmanlı mirası və digər məscidləri kilsəyə çevirən Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz söyləyə biləcək sonuncu ölkədir".

"Həmçinin ölkəsindəki türk azlığının hüquq və azadlıqlarını beynəlxalq razılaşmalara baxmayaraq, hər cür təzyiqlə məhdudlaşdıran Yunanıstanın bu mövzuda bizə dərs verməyə çalışması isə hədsizlikdir.
Yunanıstanın tarixi kompleksləri ilə bölgədə süni gündəm yaratmaq səyləri uğursuzluğa məhkumdur. Yunanıstanı bir daha öz tarixi ilə barışmağa və ölkəsində müsəlmanların ibadət etmələri üçün lazımi şəraiti yaratmağa dəvət edirik” – H.Aksoy vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar