Azərbaycanlı jurnalistlər Ankarada - FOTOLAR

16 Fevral 2021 23:05    1216 Baxış   
Azərbaycanlı jurnalistlər Ankarada -  FOTOLAR

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə qardaş ölkədə səfərdə olan azərbaycanlı jurnalistlər Ankara şəhərinə yola düşüblər.

Dominant.az xəbər verir ki, jurnalistlər Ankara səfərinin ilk günündə (ümumi səfərin dördüncü günü) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi “Anıtkabir” abidəsini və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər. Həmçinin Ankara Mədəniyyətləri Muzeyində olublar.

Jurnalistləri “Anıtkabir” kompleksinin həyətində düzülmüş rəsmi karavul dəstəsi qarşılayıb. Daha sonra Türkiyə Mədəniyyət Nazirliyinin və “Anıtkabir” rəsmiləri ilə birlikdə abidə kompleks ziyarət edilib. Bələdçi tərəfindən jurnalistlərə həm abidə, həm də Atatürk haqqında ətraflı məlumat verilib.






Kompleksə tanışlıqdan sonra jurnalistləri “Anıtkabir”in komandiri polkovnik Hakan Osman Sərt qəbul edib. 6 ay Azərbaycanda xidmət etdiyini deyən polkovnik jurnalistləri Azərbaycanın Vətən savaşında əldə etdiyi qələbə münasibətilə təbrik edib. Həmçinin şəhidlərimizə Allahdan rəhmət diləyib. Görüşdən sonra xatirə şəkli çəkdirilib.






Jurnalistlər daha sonra Azəraycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Ankaranın “Asri” qəbiristanlığındakı məzarını ziyarət ediblər. Böyük öndərin ruhuna dualar oxunub, vəfat edərkən son sözü “Azərbaycan” olan Rəsulzadəyə “Vətən salamı” çatdırılıb.




Azərbaycanlı jurnalistlər, həmçinin Anadolu Mədəniyyətləri Muzeyinə də ekskursiya ediblər. Muzeydəki ekspanatlarla tanış olublar.



Qeyd edək ki, özünə xas kolleksiyaları ilə dünyanın sayılıb-seçilən muzeyləri arasında yer alan Anadolu Mədəniyyətləri Muzeyində sərgilənən kolleksiyalar paleolit, neolit və tunc, qədim hit, Friq, Urartu krallığı, Lidiya dövrü və Miladdan öncə 1200-cü illərdən bu günümüzə qədər gəlib çatan tarixi məqamları əks etdirir. Ankaranın Atpazarı adlı hissəsində, Ankara qalasının çöl divarının cənub-şərq tərəfində yerləşən muzey Mustafa Kamal Atatürkün təşəbbüsü ilə qurulub. Türkiyədə tapılan hitit əsərlərinin Ankaraya göndərilməsi bu muzeyin yaranmasına böyük töhfə verib. Muzey 19 aprel 1997-ci ildə İsveçin Lozanna şəhərində 68 muzey arasında birinci seçilərək, Avropada "İlin muzeyi” adını alıb.







Rumiyyə - Ankara



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar