Türkiyədə yaşayış binası çökdü - Sakinlər dağıntılar altında qaldı

05 Oktyabr 2022 15:09    285 Baxış   
Türkiyədə yaşayış binası çökdü -  Sakinlər dağıntılar altında qaldı

Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında qaz sızmasından partlayış baş verib.

Dominant.az İHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli bina çöküb.

Məlumata görə, dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bildirilir ki, xilas edilənlərdən biri azyaşlıdır.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.













Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar