Türkiyədən Azərbaycana TAM DƏSTƏK

28 Sentyabr 2020 13:59    595 Baxış   
Türkiyədən Azərbaycana  TAM DƏSTƏK
Müdafiə sənayemizin bütün imkanları qardaş Azərbaycanın əmrindədir.

Bunu Türkiyənin Müdafiə sənayesi naziri İsmail Demir qatıldığı televiziya verilişlərinin birində deyib.

Nazir Türkiyənin Azərbaycana olan dəstəyini bir daha vurğulayaraq Ermənistanın separatçı davranış sərgilədiyini və tamamilə haqsız olduğunu bildirib.

Türkiyənin bu məsələdəki mövqeyinin konkret olduğunu ifadə edən İ.Demir sözlərinə belə davam edib: “Hər anlamda, hər mövzuda onlarla bərabər olmaq iradəmiz göz qabağındadır. Digər tərəfdən, Ermənistan tamamilə haqsızdır. İki tərəf bərabər olsa belə, bir tərəfin təxribatçı olduğu açıq-aydındır. Türkiyənin nə imkanı varsa, qardaş Azərbaycanın yanındadır”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar