Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib

28 Avqust 2020 16:41    426 Baxış   
Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib
Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında yüzlərlə insanın iştirakı ilə aksiya keçirilib.

Dominant.az xəbər verir ki, askiya iştiraçıları "Türkiyə qal!" şüarı səsləndirərək, Rusiyayla əməkdaşlığa son qoyulmasını, Türkiyə Ordusunun isə Azərbaycanda qalmasını tələb ediblər.

“Biz Rusiyanın Azərbaycandakı fəaliyyətini qətiyyətlə pisləyirik. Türkiyə Ordusu Azərbaycanda qalsın və torpaqlarımızın azad edilməsində bizə kömək etsin. Azərbaycan əhalisinin 95 faizi türkdür. Bizə Türkiyə lazımdır, Rusiya yox”, - deyə, aksiya iştirakçıları bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Ordusu Azərbaycan Ordusu ilə birgə genişmiqyaslı hərbi təlimlər keçirmək üçün Azərbaycana gəlmişdi.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar