Ukraynadan Rusiyaya və Ermənistana qadağa

30 Dekabr 2020 11:09    675 Baxış   
Ukraynadan Rusiyaya və Ermənistana qadağa

Ukraynanın Milli Yazıçılar Birliyi (UMYB) BMT və digər beynəlxalq təşkilatlarda səsvermələr zamanı Ukraynanın ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qarşı mövqe tutmuş ölkələrdən olan yazçıların əsərlərini çap etməyəcək.

Həmin ölkələr Rusiya Federasiyası, Venesuela, Ermənistan, Zimbabve, İran, Kamboca, Qırğızıstan, Çin, Şimali Koreya Xalq-Demokratik Respublikası, Kuba, Laos, Myanma, Nikaraqua, Serbiya, Suriya və Sudandır.

Klassiklərin, habelə Ukraynanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını aşkar şəkildə dəstəkləyən yazıçıların əsərləri istisnadır.

UMYB habelə, üzvlərndən tələb edib ki, sözügedən ölkələrin nümayəndələrinin təşkil etdiklər istənilən ədəbi-bədii tədbirlərdə iştirak etməsinlər.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar