Ümidi Allahadır bu dövlətin

30 Avqust 2020 13:31    353 Baxış   
Ümidi Allahadır bu dövlətin
Sovetlər dönəmi uşağı olmuşam. Yaxşı xatırlayıram babam o dövrdə, sovetlər dönəmində, elmi ateizmin tüğyanı zamanı olsa belə, dindar olmağı ilə seçilirdi rayonda. Ərəbi, farsı təmiz bilirdi. Dini təhsili vardı. Bircə an ibadətindən döndüyünü görmədim. Orucunu, namazını, əksik etməzdi. Fitrə-zəkatından qalmazdı. Rayonda babam İmam Hüseynin şəhadət gününü, qətl gününü, imanlı insanların qeyd etməsi üçün bütün şəraiti yaradırdı. Dəfələrlə incidib yoxlamışdı onu "KQB". Babam nə fasın, nə ərəbin yox, Allahın mömini çıxmışdı o qorxunc yoxlamalardan...

İndi imanlın, imansızın, satqının, şərəfsizin bəlli deyil, ya Allah, ya Hüseyn. Üstünüzdə siyasət də qurublar, oyun da, terror təşkilatları da.

Və məhərrəm ayının, qətl günündə, karantin rejimində, xəstəliyin baş alıb getdiyi zamanda, imanı, dini, həqiqi Allah sevərliyi olan adam, küçə-küçə tökülüb etiraz edər, adamları səksədərmi yuxudan. Əsla!

***
Bakı, jurnalistlər binası. Ölkə bioloji müharibə aparır. "Şah Hüseyn, vah Hüseyn" ağısına çıxdım evimin balkonuna. Bir topa adam, sinə döyür, zəncir vurur, məhəllələri dolaşır. Qapalı məscidlərə etiraz edirlər guya.

Polis qarşı çıxsa, dövlət dindarları döydü olacaq.

Başqası nəsə desə, "bəs hanı tolerant dövlətiniz", sualı var!?.

...Və bu faktdır, İRAN işləyir?

Doğrudan da, ümidi Allahadır bu dövlətin, Azərbaycanın. Rusiya, Qərb, Avropa, hələ İran da işləyir burda, ya Allah, ya Hüseyn, sən ki, bilirsən?!

Jalə Mütəllimova


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar