Valideynlərə təhsil forması ilə bağlı seçim etmək imkanı veriləcək

27 Avqust 2020 17:27    358 Baxış   
Valideynlərə təhsil forması ilə bağlı seçim etmək imkanı veriləcək
"Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqların məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu, seçimin valideynlərə verilməsi qaydası baş verəcək”.

Dominant.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir onu da qeyd edib ki, məktəblərə, həmçinin "məktəblinin dostu" layihəsinin əməkdaşları cəlb olunacaq: "Həmin şəxslər tərəfindən uşaqların hərarətinin ölçülməsi prosesi həyata keçiriləcək. Ancaq yaxşı olar ki, valideynlər özləri də məsuliyyətli olsunlar, həraərti olan uşaqları məktəbə göndərməsinlər. Məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar