Valideynlərini amansızlıqla öldürüb videomüraciət yaydı: “Uşaqlıq arzusu mütləq həyata keçməlidir” - VİDEO

19 Sentyabr 2022 17:54    1224 Baxış   
Valideynlərini amansızlıqla öldürüb videomüraciət yaydı: “Uşaqlıq arzusu mütləq həyata keçməlidir” -    VİDEO

“Mənim adım Dimadır. Mən bu gün atamı qətlə yetirmişəm. O, uşaqlıqdan məni qısnayıb, döyüb, boyun və döş fəqərələrimi zədələyib”.

Bu sözləri Türkiyədə beşulduzlu oteldə çəkicdən istifadə edərək valideynlərini qətlə yetirən Dmitri Stepanov deyib.

O, cinayəti törədəndən sonra özünü kameraya çəkərək qətli hansı səbəblərdən həyata keçirdiyini nəql edib.

“Marixuanadan istifadə edib evə gəldiyimə görə atam məni döyərək qulaq pərdəmi zədələyib. Hər şey isə nənəm tərəfindən mənim fövqəladə bir gücə sahib olduğumu aşkar edəndən sonra baş verdi. Onlar bu gücü mənim əlimdən almağa çalışırdılar”.

Dmitri iddia edib ki, o, törətdiyi qətllə valideynləri tərəfindən məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsinin qisasını alıb.

“Onu öldürmək mənim uşaqlıq arzum idi və o həyata keçdi. Uşaqlıq arzuları isə mütləq həyata keçməlidir”, - deyə Dmitri vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar