Vətən müharibəsi şəhidlərinin yaxın qohumları azadlığa buraxılıb

25 Yanvar 2021 13:05    348 Baxış   
Vətən müharibəsi şəhidlərinin yaxın qohumları azadlığa buraxılıb

Vətən müharibəsində şəhid olmuş şəxslərin azadlıqdan məhrum edilən valideynləri və yaxın qohumlarından ibarət 30-dan çox şəxs azadlığa buraxılıb.

Dominant.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov ötən ilin yekunlarına həsr olunmuş bugünki mətbuat konfransında məlumat verib.

M.Ələkbərov bildirib ki, azadlığa buraxılan şəxslərin sayı 30-dan çoxdur və dəqiq məlumat hazırlanır: “Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qətimkan tədbiri dəyişdirilib, bir şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar