Xalq artisti koronavirusdan vəfat etdi

22 Dekabr 2020 10:11    703 Baxış   
 Xalq artisti koronavirusdan vəfat etdi


Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib.

Bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.

Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət əvvəl COVID-19 diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi.

Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub, böyük uğurla çıxış edib.

Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın "Əməkdar artisti" , 2017-ci ildə " Xalq artisti" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar