"Ya öləcək, ya Qarabağı azad edəcəyik!" andını içmiş iki korpus komandirimiz

03 Oktyabr 2020 23:43    904 Baxış   
 "Ya öləcək, ya Qarabağı azad edəcəyik!" andını içmiş iki korpus komandirimiz
Eramızdan əvvəl 5-ci əsrdə Afina uğrunda döyüşlərdə həlak olmuş şəxslərin qəbri üzərində məşhur sərkərdə və siyasətçi Periklin olduqca təsirli bir nitqi var.

Olduqca da faydalı, istiqamətverici məzmuna malik bu nitq belə bir ifadələrlə bitir: "...Bu şəhərimizin əzəmətinə görə fərəhlənərkən, unutmayın ki, onu şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaradıb. Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin gözünə dik baxın!"

Dostlar, vaxt gələcək, bu gün Qarabağımızın şəhər və kəndlərini addım-adım, qarış-qarış işğalçıdan azad edən, hərbi təhlükələrin gözünə dik baxan, qanlarıyla tarix yazan hər bir örnək hərbçimiz haqda da məhz bu cür əzəmətli ifadələr söylənəcək!

Tanımanız üçün mən bu gün Qarabağda ən vacib istiqamətlər üzrə əməliyyatlara rəhbərlik edən və "Quran"a əl basaraq "Ya öləcək, ya Qarabağı azad edəcəyik!" andını içmiş iki korpus komandirimizin adlarını qeyd edirəm: general-mayor Mais Bərxudarov və general-mayor Hikmət Həsənov!

Onların tabeçiliyindəki yüzlərlə əsgər və zabitlərimiz 7 gündür ki, Azərbaycanın daim ilham alacağı qürur və şərəf tarixini yazır, yaradırlar!

Eşq olsun Azərbaycan Ordusuna! Azərbaycan xalqı Ordumuzla qürur duyur!





Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar