Yalçın Rzazadənin son sözləri: “Necə xoşbəxtəm”

23 Fevral 2021 11:34    151 Baxış   
Yalçın Rzazadənin son sözləri: “Necə xoşbəxtəm”

Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının son saatları haqqında danışıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Atam ötən gün saat 17:00-da rəhmətə getdi. Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm..."

Xalq artistinin oğlu Yalçın Rzazadənin sənət dostlarından da danışıb: "Yalçın müəllimlə əlaqə saxlayırdılar. Aktyor Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı".

Qeyd edək ki, Yalçın Rzazadə 74 yaşında dünyasını dəyişib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar