Yaralı əsgərlərimiz yenidən döyüşə qayıdır

29 Sentyabr 2020 13:06    522 Baxış   
Yaralı əsgərlərimiz yenidən döyüşə qayıdır
Horadiz şəhərində yerləşən Füzuli rayon xəstəxanasına baş çəkən zaman iki hadisə məndə çox qürur hissi yaratdı. Əvvəlla, böyük qürur hissi ilə qeyd edim ki, yaralılarımızın bir çoxu ilkin tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirdilər. Həkimlər onlara daha bir neçə gün xəstəxanada qalıb müalicə olunmağı təklif etsələr də mərd əsgərlərimiz döyüş xəttində öz əsgər yoldaşlarının yanında olmağa, vətən uğrunda döyüşü davam etdirməyə üstünlük verərək yenidən döyüşə qayıdıblar.

İkinci qürur verici fakt. Xəstəxanın yanında özəl aptek yerləşir. Sentyabrın 27-si erməni təxribatı baş verəndən sonra aptek sahibi aptekin açarını xəstəxanın baş həkiminə verib və deyib ki, nə qədər dərman lazım olarsa, pulsuz götürün. Həkimlər də əlavə dərman lazım olanda aptekdən istifadə edirlər. Bu fakt da milli birliyin, xalqın orduya dəstəyinin bir daha əyani təsdiqidir.

Bu vacib dövrdə bu şəkildə milli birliyin nümayiş etdirilməsi də yüksək vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işgalına son qoyulacagına inanırıq. Bizim işimiz haqq işidir!

Vüqar Bayramov, millət vəkili



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar