Yaşlı müəllimlər nəyə görə distant dərslərə qatılmırlar? - Təhsil eksperti açıqladı

06 May 2021 11:14    488 Baxış   
Yaşlı müəllimlər nəyə görə distant dərslərə qatılmırlar? -  Təhsil eksperti açıqladı

Azərbaycanda karantinlə bağlı təhsil müəssisələri bağlanıb, dərslər distant tədris formasına keçib. Yaşı 65-dən yuxarı olan müəllimlər isə hazırda distant dərslərə qatılmırlar.

dominant.az xəbər verir ki, həmin müəllimlərin əvəzinə yaşı az olan müəllimlər çalışır. Dövlət tərəfindən həm 65 yaşından yuxarı olan, həm də onları əvəz edən müəllimlərə əmək haqqı ödənilir.

Yaşlı müəllimlər nəyə görə distant dərslərə qatılmırlar?

Təhsil eksperti Kamran Əsədov saytımıza bildirib ki, 2020-ci ilin mart ayından etibarən ölkədə tədrisin onlayn həyata keçirilməsi ciddi problemlər yaradıb:

“Hazırda ölkənin 4447 orta ümumtəhsil məktəbində 151 min müəllim çalışır və onlardan 37%-nin yaşı 50-nin üzərindədir. Bu müəllimlərin 28%-i paytaxt Bakının payına düşür, 120 mindən çox müəllim bölgələrdə çalışır. Bölgələrdə kompüter, planşet, noutbukların sayı azdır və internetin aşağı səviyyədə olması tədris prosesində iştiraka mane olur.

Dövlət böyük vəsait xərcləyir, bir çox hallarda dərslərdə iştirak etməyən müəllimlər əmək haqqı alırlar. Bu, dövlət büdcəsinə əlavə yükdür. Lakin müasir dövürün təhsil sistemi yeni alətlərdən maksimum istifadə etməyi tələb edir. Əksər müəllimlərimiz bu proseslərdə tam iştirak etmirlər, onlar ənənəvi qaydada keyfiyyətli dərs keçməkdə peşəkardırlar".

(Redaktor.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar