Yazıçı-jurnalist Vüsal Tağıbəylidən oxuculara hədiyyə

22 Aprelel 2021 17:49    4222 Baxış   
Yazıçı-jurnalist Vüsal Tağıbəylidən oxuculara hədiyyə

Yazıçı-jurnalist Vüsal Tağıbəyli daha bir əsəri – “Türkmənlər” adlı siyasi romanı ilə oxucularının görüşünə gəlir.

Mürəkkəb hərbi-siyasi vəziyyətin hökm sürdüyü vaxtlarda bir neçə dəfə İraqa səfər edən müəllif, bu ölkədə görüb-eşitdiklərini, şahidi olduğu maraqlı hadisələri, həmsöhbət olduğu, bir-birindən maraqlı adamlarla görüşlərini, gözqamaşdıran qədim tarixi məkanları-abidələrin, dəhşətli müharibənin miras buraxdığı xarabalıqların, daşı-daş üstə qalanmış şəhər və kəndlərin qanlı xatirələrini qələmə alaraq bədiləşdirib.

“Türkmənlər” əsərinin əsas motivini İraqın üçüncü böyük xalqı olan türkmənlər təşkil edir. Qədim türk millətinin bir qolu olan türkmənlərin İraqda yaşayışından, xüsusilə də yığcam məskunlaşdıqları Türkməneli torpaqlarında, məhz türk olduqları üçün onillər boyunca başlarına açılan müsibətlərdən söz açan yazıçı, bu gün onların qədim türkmən şəhəri olan Kərkükdə azlığa çevrildiyini ürək ağrısı ilə qeyd edir.

Son onillikdə İŞİD terrorçularının zəbt edərək xarabaya çevirdiyi Təlafər, Mosul, Tuz Xurmatu, Təzə Xurmatu, Bəşir və sair kimi türkmən şəhər və qəsəbələrindən aldığı acınacaqlı təəssüratları oxucuları ilə bölüşən yazıçı qeyd edir ki, çox təəssüf, türkmən xalqı özünün qan yaddaşı olan Kərkük qalasına mavi, aylı-ulduzlu bayrağını sancmaq imkanından məhrum edilib. Səddam Hüseyn dönəmində ərəbləşdirilməsinə start verilən Kərkük və digər türkmən yaşayış məntəqələrini, son iyirmi ildir birtərəfli qaydada kürdləşdirməyə çalışırlar. Amma nə yaxşı ki, öz torpaqlarında özgəyə çevrilmiş qəhrəman türkmən xalqının cəsur, mübariz övladları var, onlar bütün çətinliklərə, vaxtaşırı məruz qaldıqları təqib və təhdidlərə, hətta açıq silahlı hücumlara rəğmən, xalqın milli haqları uğrunda gecə-gündüz çalışırlar.

Müəllif öz kitabında müasir türkmən siyasi fikir məktəbinin banisi, milli lider Riyaz Sarıkahyanın türkmən xalqı üçün əvəzsiz əhəmiyyətindən söz açır, onun ictimai fəaliyyətini müxtəlif obrazların görüşlərində canlandırır.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar