Yüz otuz səkkiz bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

25 Yanvar 2021 13:40    283 Baxış   
Yüz otuz səkkiz bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.


Dominant.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov məlumat verib.


Onun sözlərinə görə, həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokola isə baxılır.


"Bələdiyyələr tərəfindən yol verilən pozuntuları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə yerli özünüidarəetmə sahəsini tənzimləyən müvafiq qanunvericilik aktları təhlil edilib, mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanaraq 13 qanun və 2 fərman layihəsi Nazirlər Kabinetinə göndərilib. Hazırda aidiyyəti dövlət orqanlarından layihələrə verilmiş rəy və təkliflər öyrənilərək bu istiqamətdə işlər davam etdirilir,", - deyə Rəhman Məmmədov qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar