Zakir Həsənovun müavini vəzifəsindən azad edildi - RƏSMİ

09 İyul 2020 11:30    458 Baxış   
Zakir Həsənovun müavini vəzifəsindən azad edildi -  RƏSMİ
Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Dominant.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

General-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə yeni vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar