Rusiya Bakı və İrəvanı razı salan danışıqlar formatına daha çox diqqət ayırır.
Dominant.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Biz danışıqlar prosesini izləyirik. İki ölkə arasında danışıq formatından biri konkret nəticələr verir. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiki mərhələdə heç bir səmərəlilik gətirmir. İki tərəf üçün əldə edilən razılıq Rusiyanı da qane edəcək”,- deyə Zaxarova növbəti dəfə ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən şikayətlənib.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə Minsk Qrupunun lazımsız quruma çevrildiyini bəyan edib. Artıq Rusiya da Azərbaycanın bu mövqeyini qəbullanaraq, Minsk Qrupunun tarixə qərq olduğunu gizlətmir.