Zəfərandan xərçəng əleyhinə dərman hazırlanıb

12 Avqust 2020 23:27    447 Baxış   
Zəfərandan xərçəng əleyhinə dərman hazırlanıb
Bir qrup İran tədqiqatçısı nanotexnologiyadan istifadə edərək, zəfəranın aktiv tərkibli hissələrini əldə edərək xərçəngə qarşı dərman hazırlayıb.

"Nanotexnologiyadan istifadə edərək, zəfəranın effektiv tərkib hissələrinin ekstraksiya və mikroenkapsulyasiyasının optimallaşdırılması və modelləşdirilməsi layihəsi çərçivəsində, xərçəng və stress əleyhinə dərmanlar yaratmaq üçün zəfəranın aktiv maddəsi çıxarılır", - deyə layihənin icraçı direktoru Mehdi Cəfəri bildirib.

Onun sözlərinə görə, İranın dünyada ən böyük zəfəran istehsalçısı olduğunu nəzərə alsaq, bu araşdırmanın nəticəsi ölkə iqtisadiyyatına və zəfəran sahəsində inkişafa kömək edəcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar