Zəlzələ Bakı şəhərində hiss olunub

20 Noyabr 2021 21:00    63 Baxış   
Zəlzələ Bakı şəhərində hiss olunub

Bu gün baş verən zəlzələ nəticəsində dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə baş verməyib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib. Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hər hansı hadisə qeydə alınmayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar