Ziyalı boşluğu - Simonyan, Keosayan rus patriotu rolunda - ŞƏRH

28 Aprelel 2022 15:19    679 Baxış   
Ziyalı boşluğu - Simonyan, Keosayan rus patriotu rolunda -   ŞƏRH

Rusiyanın məşhur siyasi xadimi Vladimir Jirinovski ölsə də, yeri boş qalmayıb. Onun yerini erməni ər-arvad tutur. Əvvəllər Rusiyanın müəyyən dairələri şovinist, millətlərarası iğtişaş yaradan, dövlətlərarası münasibətlərə, əlaqələrə, əməkdaşlığa əngəl olan fikirlərini bu “liberal” “siyasətçi”nin dili ilə deyərdilər. Ona görə bəziləri Jirinovskini “ağıllı” sayırdı. Halbuki o, “pultlu” kukla idi. Onu Rusiyanın ictimai-siyasi səhnəsində əvəz edən Tiqran Keosayan və Marqarita Simonyan cütlüyü Rusiya ilə müttəfiq olan dövlətlərin arasını vurmaq, millətlərarası iğtişaş yaratmaqla məşğuldurlar. Kimsəni, xüsusi ilə istənilən etnik qrupu kütləvi şəkildə aşağılamaq fikrindən uzaq olsaq da, bu cütlük təəssüf ki, bu davranış və çıxışları ilə mənsub olduqları etnosun əsas xüsusiyyətlərini daşıyırlar.

Rusiyanın məşhur şairi Aleksandr Sergeyeviç Puşkin “Tazit” adlı yarımçıq qalmış poemasında ata-oğul mübahisəsində “sən qorxaqsan, sən qulsan, sən ermənisən” ifadəsini işlətməklə 19-cu əsrdə bu etnosun xarakterini verib. Bu xarakter dəyişibmi? Əlbəttə, yox! Çünki xarakter genetik hadisədir. Onların dəyişməsi irsiyyət qanununa ziddir. Bu ifadəni heç tərəddüd etmədən Tiqran və Marqaritaya şamil etmək olar. Bu cütlük müharibəni, işğalı, təcavüzü, millətlərarsı iğtişaşı, başqa dövlətin torpağına yiyələnməyi təbliğ etməklə “Papadan artıq papa” olmağa çalışırlar. Onlar özlərini Rusiyanın məsuliyyətli və patriot vətəndaşı kimi göstərməyə çalışırlar. Ancaq bu davranışları ilə Rusiya ilə baqa dövlətlərarası münasibətlərə xələl gətirirlər. Belə davranış qulların, yaltaqların xasiyyətidir. Onlar əslində ermənilik ideologiyasının təmsilçiləridir. Marqarita “5-ci nəsildən rus” olduğunu iddia etsə də, 44 günlük müharibə zamanı çıxışları, TASS-ın ofisində keçirilən mətbuat konfransındakı davranışı və s. sübut edir ki, o, rus deyil, ermənidir.


Martın 18-də Moskvanın “Lujniki” stadionundakı çıxışında yaltaqlığı daha aşkar göründü:

“Rusiya, Ana, Donbası evə götür. Ana Rusiya, uşaqlarını qoru!”. Bütün göstəriciləri ilə erməni olub, Ermənistanın maraqlarını güdən Marqaritaya Rusiya ana ola bilərmi? Fürsət düşəndə Anası Rusiyanı satmayacağına təminat varmı? Əlbəttə, hər iki sualın cavabı “yox”dur. Marqonun ruslarla heç bir əlaqəsi olmadığını onun anti-Türkiyə, anti-Azərbaycan olduğu da təsdiqləyir. Türkiyənin Cənubi Qafqazdan getməsini, Azərbaycan -Türkiyə münasibətlərinə qıcıqlandırıcı yanaşması ilə bağlı çıxışları buna sübut sayıla bilər. O, 44 günlük müharibə zaman Rusiyada ərik bazarında ermənilərin yaratdığı gərginlikdə öz etnosunu daha haqlı saymaqla Rusiyanın ögey ana olduğunu sübuta yetirir. Marqarita bununla əslində suveren bir dövlətin ərazisinə müdaxiləni, işğalı, təcavüzü, müharibəni təbliğ edib. Çünki Donbasın bütün norma, tarixi qaynaqlara əsasən kimə məxsus olduğu sirr deyil. Ancaq ermənilik həmişə uydurma tarixlərə əsaslanıb. Saxtakarlığı Marqonun Rusiyaya münasibətdə səmimi olmadığını isbatlayır.


“Ana Rusiya”nın bu saxtakar balası Rusiyanın məşhur yumoristi Maksim Qalkin və onun həyat yoldaşı keçmiş SSRİ-nin tanınmış müğənnisi Alla Puqaçova haqqında şər-böhtanlar atdığı da məlum olub. Başqa sözlə, saxtakarlıq, yalan, yaltaqlıq onun 5-ci nəslindən deyil, ermənilik tərbiyəsindən gəlir. Özünü azad sözün təmsilçisi sayan Marqarita Maksim Qalkin Ukraynanı dəstəklədiyi üçün efiri kəsib. Tiqran da şər-böhtan çıxşları ilə Marqodan geri qalımır. O, Ukrayna və Belarusdakı hadisələri “anti-Rusiya” adlandırmaqla, Baltikyanı respublikaları təhdid edib, Qərbin regionda “qurduğu biolaboratoriyalardan” danışıb. Yaltaq, araqarışdırıcı Keosayan və Simonyan cütlüyünə Avropa İttifaqı və Avstraliya sanksiya tətbiq edib. 10 il birgə yaşadıqdan sonra sanksiyalar onları nikah bağlamağa məcbur etdi. Cütlük bu il rəsmi ər-arvad elan olundu. Şər-böhtan atdığı üçün Tirqan Keosayanı Qazaxıstanda “qara siyahıya” daxil etməklə də sanksiya tətbiq edəcək. O, Qazaxıstan hakimiyyətinin Rusiya-Ukrayna münasibəti, mayın 9-da ölkədə paradın keçirilməyəcəyi ilə bağlı qərarlarını özünün yutub kanalında ələ salaraq bildirib: “Qardaş ölkələr Rusiya ilə ABŞ və NATO qarşıdurmasında tutacaqları tərəfi müəyyənləşdirməlidir. Rusiya kimin onunla, bir yerdə olub-olmadığını diqqətlə izləyir”.

Bu, Keosayanın ermənilik ideologiyasının yeştidirməsi olduğunu göstərir. Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Tiqran bu çıxışı ilə türk düşmənliyini gizlətmir. O, Rusiyanın bu tip məsələlərə həssaslığından sui-istifadə etməklə məkrli antitürk ideologiyasına xidmət edir. Bu, jirinovskisayağı hədədir. Tiqran müəyyən dairələrinin fikrinin ifadə etməklə Qazaxıstanla Rusiyanı müttəfiqlik münasibətinə xələ gətirməyə səy göstərir. Qazaxıstan XİN-in sözçüsü Aybek Smadiyarov onun çıxışına belə cavab verib:

“Onun bəyanatı Rusiyanın müəyyən qrup ictimaiyyəti və siyasi qüvvələrini baxışlarını əks etdirə bilər, ancaq bu, Qazaxıstanla Rusiyanın əməkdaşlıq və dövlət başçıları səviyyəsində əldə edilən razılaşmaların ruhuna ziddir”.


Marqarita Simonyan 1980-ci il aprelin 6-da Krasnodarda anadan olub. Avstraliya, Böyük Britaniya, Kanadan, Ukrayna və Avropa İttifaqı ona fərdi sanksiya tətbiq edib. Tiqran Keosayan 1966-cı il yanvarın 4-də Moskvada anadan olub. Avropa İttifaqı, Avstraliya və Ukrayna onun “qara siyahı”ya salıb.

Hər ikisi Rusiyda anadan olsa da erməni ailəsində ermənilik ruhunda tərbiyə olunub. Onların son illər fəaliyyəti dövlətlərarası münasibətləri korlamaq, etnik münaqişələri qızışdırmaq, işğalı təbliğ etməkdir. Cütlük də ictimai-siyasi fəaliyyəti ilə “Matuşka Rusiya” saydıqları ölkəyə ziyan vururlar. Bu iki erməninin, eləcə də Jirinovskinin rus ziyalısı, ictimai, siyasi xadimi kimi təqdim edilməsi, onların vasitəsi ilə təbliğatın qurulması Rusiya dövləti və intiligensiyası üçün təhqirdir. Bu, A.S.Puşkin, L.Tolstoy, V.Belinski, F. Dostoyevski, D. Lixaçov və başqalarının ruhuna hörmətsizlikdir. Özlərini Rusiya patriotu kimi sırıyan bu cütlüyün yaltaqlığı və saxtakarlığı qurulan, qorunan dövlətin, hakimiyyətin sonu xoş olmur. Çünki onlar Rusiyanı hamı ilə düşmən etmək yolunu tutublar. “Hamı bizə düşməndir, bizi sevən yoxdur” düşüncəsi Marqo və Tiqranın tərbiyə aldığı erməniliyin başlıca prinsipidir. “Ərlə arvadın torpağı eyni yerdən götürlər” deyiblər. Bu saxta patriotlar da mayanı ermənilikdən alıblar...

Report


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar