Ziyalılarımızın bir yaramaza yazdıqları müraciət

26 Sentyabr 2020 13:24    677 Baxış   
Ziyalılarımızın bir yaramaza yazdıqları müraciət
Kölə psixologiyasından qurtulmaq vaxtı yetişib

Son həftələrdə KİV-də, bizim ziyalıların qatı düşmənimiz olan bir yaramaza yazdıqları müraciətin mətnini oxudum. Kaş görməyəydim, çünki əməlli başlı məyus oldum. Bu məktubda vicdansız, mənəviyyatsız, həqiqətləri qəsdən təhrif edən və xalqımızı alçaldan bir cinayətkara, Rusiya telekanallarının birinin baş direktoruna 3-4 dəfə «Уважаемый Константин Львович!» - deyə müraciət olunması, tamamilə stilistik qaydalara uyğun deyil. Cümlələr uzun uzadı, sanki üzrhaqlıq edilir, «bağışlayın, möhtərəm Kreml cənabları, sizi narahat edirik...».

Əsəbləşməyim neyləyim?!.. Məktub deyil, uzun uzadı romandır, ah-nalədir, mərhəmət ummaqdır. Yaramazla müvafiq danışıq üslubu seçilməlidir, necə deyərlər, itin qabağına əli ağaclı çıxmaq gərəkdir. Məktub yox, NOTA verilməlidir, məhkəmədə cinayət işi açılmalıdır və məsuliyyətə cəlb olunmalıdır bu yaramaz Ernst. və s...

Ümumiyyətlə, diplomatlar, jurnalistlər, özünə “ziyalıyam” deyən kəslər yazı və danışıq üslubu və formalarına dərindən bələd olmalıdırlar. Xüsusən indiki informatika dövründə bu, xüsusi əhəmiyyət kəsb edir. Nahaq deməyib ki, xalqımız: “Xəncər yarası sağalar, söz yarası - yox”.

M.Fizuli necə gözəl deyib:

“Xəlqə ağızın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.

İsmayıl Vəliyev

Zəruri qeyd: Azərbaycanın bir qrup ziyalısı (38 ziyalı imzalayıb) iki gün öncə Rusiyanın Birinci kanalının baş direktoru Konstantin Ernstə müraciət ediblər. Müraciətin səbəbi kanalda 20 iyul 2020-ci il tarixdə həm Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, həm də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonra Azərbaycanın Tovuz bölgəsində baş verən hadisələri təhrif edən bir sıra təxribat xarakterli açıqlamaların yer aldığı “Время покажет” proqramın yayımlanmasıdır.
(https://apa.az/ru/nagornyj_karabakh/Predstaviteli-azerbajdzhanskoj-intelligencii-obratilis-k-gendirektoru-Pervogo-kanala-Konstantinu-Ernstu-418530)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar