Anqola Türkiyədən dron almaq istəyir

18 Oktyabr 2021 20:19    247 Baxış   
Anqola Türkiyədən dron almaq istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Anqolaya prezident səviyyəsində rəsmi səfər edib.

Dominant.az xəbər verir ki, Ərdoğan Anqola Prezidenti Joao Manuel Gonçalves Lourenço ilə görüşündən sonra birgə mətbuat konfransı keçirib.

Türkiyə lideri Anqolaya səfər etməkdən çox məmnun olduğunu bildirib. O, Türkiyənin terrorla mübarizədə Anqolanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Ərdoğan Afrika ölkəsinin Türkiyədən hərbi dron (pilotsuz uçuş aparatı) və zirehli maşınlar almaq istədiyini açıqlayıb. Türkiyə Prezidenti ölkəsinin Anqolaya hər cür dəstək verməyə hazır olduğunu ifadə edib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar