Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən hazırlanan “Elin duası” sənədli filmi təqdim olunub. Təqdimetmə mərasimi fevralın 3-də Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.
Bu barədə
Dominant.az-a xeyriyyə cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Yardımlı Xeyriyyə Cəmiyyəti İB-nin üzvləri ilə yanaşı rayon ziyalıları, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, “Elin duası” sənədli filmində son 20 il ərzində Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərləri, şəhid-qazi ailələrinə xüsusi dəstək, rayonun infrastrukturunun yenidən qurulması və bu istiqamətdə görülən işlərdən bəhs edilir. Sənədli filmdə, eyni zamanda Yardımlı ictimaiyyətinin 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərində birmənalı olaraq cənab İlham Əliyevə olan dəstəyi əks olunub.