AY Partiya başqanı KXCP və AMİP sədrləri ilə görüşüb

16 Aprelel 2021 17:47    723 Baxış   
AY Partiya başqanı KXCP və AMİP sədrləri ilə görüşüb

Azərbaycan Yüksəliş (AY) Partiyası ölkədə fəaliyyət göstərən siyasi partiyalarla görüşləri davam etdirir. Bu gün AY Partiya Başqanı Anar Əsədli Klassik Xalq Cəbhəsi Partiyasının Sədri Mirmahmud Mirəlioğlu ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Baş Məclisin sədri Şəmsəddin Rəhimli, Başqan müavini Elşad Abdullayev, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər iştirak ediblər.



AY Partiya Başqanı siyasi qüvvələrlə keçirilən görüşlərin məqsədi barədə məlumat verib, ölkədə fəaliyyət göstərən partiyaların əməkdaşlığının vacibliyindən danışıb.



Mirmahmud Mirəlioğlu siyasi qüvvələrin birliyi üçün bacardıqlarını etməyə hazır olduğunu bildirib. Onun fikrincə, partiyalar arasında əməkdaşlıq ancaq siyasi məsələlərlə məhdudlaşmamalıdır. Sosial-iqtisadi məsələlərdə də həmrəylik vacibdir.

AY Partiya Başqanının rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Sədri Arzuxan Əlizadə ilə də görüşüb.

Görüşdə AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov, Təşkilat və seçki məsələləri üzrə sədr müavini Afsəddin Nəbiyev, Beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev də iştirak edib.



Anar Əsədli AY Partiya barədə məlumat verib, digər siyasi partiyalarla əməkdaşlığından danışıb. O, bu istiqamətdə fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb.

Arzuxan Əlizadə bildirib ki, AMİP dəfələrlə siyasi partiyaların birliyinin yaradılması üçün təşəbbüs göstərib, bu baxımdan AY Partiyanın bu addımını dəstəkləyir. O deyib ki, Azərbaycan siyasi meydanında partiyaların əməkdaşlığının alternativi yoxdur, hər kəs əməkdaşlığın güclənməsi üçün çalışmalıdır.



Görüşlərdə əməkdaşlığın perspektivləri, gündəmdəki məsələlər müzakirə edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar