Azərbaycanda COVID-19-a yoluxanların sayı kəskin artdı

15 Oktyabr 2020 15:13    441 Baxış   
Azərbaycanda COVID-19-a yoluxanların sayı kəskin artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Dominant.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 990nəfərdir.

Ötən müddət ərzində 1 milyon 201 min 924 test aparılıb. Bugünkü test sayı isə 8 054-dür.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar