Azərbaycanda ilk elektrikli avtomobillər Naxçıvan Avtomobil Zavodunda istehsal olunacaq

17 İyun 2022 20:16    5151 Baxış   
Azərbaycanda ilk elektrikli avtomobillər Naxçıvan Avtomobil Zavodunda istehsal olunacaq

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Bu istiqamətdə həyata keçirilın uğurlu layihələrdən biri də elektrikli avtomobillərin Naxçıvan şəhərinə gətirilməsi və onların Naxçıvan Avtomobul Zavodunda istehsal şəraitinin yaradılması yolunda atılan addımlardır.

Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəliftəyinatlı və modellərdəki nümunələrinin muxtar respublikada istehsal olunması, Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Zavodun qarşısında yeni hədəflər var. Avtomobil sektorunda olan inkişafla ayaqlaşmaq məqsədilə günümüzdə tələbatı artmaqda olan elektrikli avtomobillərin istehsalına başlanılacaq. Yüksəkkeyfiyyətli elektrikli avtomobillərin istehsalı üçün ilkin addımlar artıq atılıb, layihə üzərində işlərin təməli qoyulub.

Belə ki, iyunun 13-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, "Habtoor Palace" otelində Cahan Holdinqin KŞİ-nin Prezidenti Vüqar Abbasov və onu müşaət edən nümayəndə heyəti ilə Çin Lifan kompanyasının Baş icraçı drektoru Danfer Deng və Çin Lifan kompanyasının Regional direktoru Çan Kayın nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Cahan Holdinq KŞİ tərəfindən Cahan Holding KŞİ vitse prezidenti- Pərviz Abbasov, Cahan Holdinq KŞİ Birləşmiş Ərəb Əmirliyi ofisinin rəhbəri Rasim Məmmədov, Cahan Motors MMC direktoru Adil Axundov, Naxçıvan Avtomobil Zavodunun icracı direktoru Səxavət Hümbətov iştirak ediblər.

Görüş zamanı Naxçıvan Avtomobil Zavodunda elektrikli avtomobillərin istehsalı üçün yenidənqurma və infrastrukturun yaradılması şəraitinin şərtləri müzakirə edilib. Yaxın gələcəkdə 2 növ elektrikli avtomobillərin və 1 növ yanacaqla işləyən avtomobillərin Naxçıvan Avtomobil Zavodunda istehsalı üçün razılıq əldə olunaraq, həmçinin anlaşma protokolu mzalanıb.


Danışıqlar zamanı Çin Lifan kompanyasının Regional direktoru Çan Kayın Naxçıvana gəlişi, Naxçıvan Avtomobil Zavodunda ediləcək dəyişikliklər və lazımı infrastrkturun qurulması üçün layihələr hazırlanması planlaşdırılıb.

Görüşün sonunda Vüqar Abbasov və Mr Deng bir birlərinə hədiyyələr təqdim ediblər.

Müasir avtomobil sənayesinin dinamikliyinə uyğunlaşmaq üçün elektrikli avtomobillərin istehsalına Azərbaycanda ilk Naxçıvan Avtomobil Zavodunda başlanılacaq.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar