Azərbaycanda ötən il 334 məhkum azadlığa buraxılıb

25 Yanvar 2021 12:11    287 Baxış   
Azərbaycanda ötən il  334 məhkum azadlığa buraxılıb

Ötən il cinayət törədən şəxslərin bağışlanması üçün amnistiya olub. İndiyədək əfv sərəncamları ilə 8049 nəfər azadlığa buraxılıb. Koronavirusun geniş yayılmasına görə yaşına və səhhətinə görə ölkə başçısının 6 aprel 2020-ci il sərəncamı ilə 176 məhkum azadlığa buraxılıb. Əfv olunan şəxslərdən iki nəfəri ömürlük həbs olunmuş şəxs olub.

Dominant.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov məlumat verib.

M.Əkbərovun bildirdiyinə görə, penitensiar və probasiya xidmətləri tərəfindən 1884 məhkum barədə sənədlər məhkəmələrə göndərilib, bunun 91%-nə baxılıb. Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı 01.05.2020-ci il tarixli Qanunun icrası çərçivəsində penitensiar və probasiya xidmətləri üzrə 334 nəfər tamamilə cəzadan azad olunub, 591 nəfərin isə cəza müddəti azaldılıb. Azadlığa buraxılanlardan 8-i ayrı ölkə vətəndaşı, 12-si qadın, 2-si yetkinlik yaşına çatmayan, 269 nəfəri isə hərbi cinayətləri törədən şəxs olub.

Penitensiar Xidmətdə yaradılan komissiya tərəfindən qəbul edilən qərarlar nəticəsində 2072 nəfər şərti olaraq, həkim-ekspert komissiyası tərəfindən isə ağır xəstəliyə görə 10 nəfər azadlığa buraxılıb.

Pandemiya dövrünü nəzərə alaraq ötən ilin sonuna kimi istintaq təcridxanalarında olan 906 şəxsin barəsində həbs imkanı qətimkan tədbiri dəyişdirilib, həmin şəxslər azadlığa buraxılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar