“Bakı Marafonu”nun ukraynalı qalibi - “Qələbəni xalqıma həsr edirəm”

15 May 2022 17:58    4273 Baxış   
“Bakı Marafonu”nun ukraynalı qalibi -   “Qələbəni xalqıma həsr edirəm”

“Bakı Marafonu-2022”nin əcnəbi qalibləri fikirlərini bildirib.

Qadınlarda Valentina Veretskaya və Rinas Əhmədeyev Oxu.Az-a açıqlamasında bunları deyib:

Valentina Veretskaya: “Qazandığım bu qələbəni müharibə vəziyyətində olan Ukrayna xalqına həsr edirəm. Özüm Zaporojyedənəm. Belə qələbələrlə Ukrayna xalqının da qələbəyə yaxın olduğunu göstəririk. İlk dəfə Bakıdakı marafonda oluram. Yerli əhali binalardan mənə dəstək olurdu. Asfalt sürüşkən idi, idman ayaqqabıları ilə qaçmaq çətinləşmişdi. Amma bununla belə qalib gəldim”.

Rinas Əhmədeyev: “Özüm Tatarıstandanam. Təşkilatçılara təşəkkürümü bildirirəm ki, belə bir mötəbər yarış keçirirlər. Marafon üçün relyef çox uyğundur. Qalib gəldiyim üçün çox şadam”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar