Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirildi

14 Oktyabr 2021 10:35    170 Baxış   
Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirildi

Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmir yolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınaraq 101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən dominant.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, sabahdan marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar