Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib - FOTO

16 İyun 2022 16:24    5063 Baxış   
Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib -  FOTO

İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku" müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar