Beyləqan sahibkarları qazla bağlı problemlərini “Azəriqaz”a çatdırdı

19 Aprelel 2022 18:23    1125 Baxış   
Beyləqan sahibkarları qazla bağlı problemlərini “Azəriqaz”a çatdırdı


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Beyləqanda sayca 54-cü "Açıq miktofon” aksiyası baş tutub.

Dominant.az-a "Azəriqaz”dan verilən məlumata görə, İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib ki, həm sahibkarların, həm də sakinlərin qaz təchizatı ilə bağlı problemlərini dinləmək üçün qurumun rəhbərliyinin göstərişi ilə abonentlərlə görüşə təşkil edilib: "Aksiyanın imkanlarından maksimum şəkildə istifadə edin ki, sizə köməklik edə bilək".

"Azəriqaz"ın rəhbər şəxsləri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də görüşdə iştirak ediblər.

Sahibkar İbadət Nağıyev qaz təminatında heç bir problemin olmadığını, yalnız istehlak etdiyi təbii qazın həcminin böyük olduğundan mövcud sayğacın daha böyük həcmli sayğacla əvəz olunmasını xahiş edib. Çörək istehsalı ilə məşğul olan sahibkar Yusif Yusifli istehlak olunan aylıq sərfiyyatın ödənilməsi üçün müəyyən müddətdə möhlət verilməsini istəyib.

Sakinlər yeni yaşayış massivlərində inşa olunan fərdi yaşayış evlərinin qazlaşdırılması, qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi, bundan əlavə istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsində çətinlik çəkdikləri üçün sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunmasını xahiş ediblər. Daxil olan müraciətlərlə bağlı izahatlar verilib.

Beyləqan rayonunda qazlaşdırılma səviyyəsi yüz faiz təşkil edir. Fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi ilə bağlı daxil olan müraciətlər yeni yaşayış məntəqələri və massivləri ilə bağlıdır. Bundan əlavə, ünvanlanan bütün müraciətlər qeydiyyata alınaraq aidiyyatı üzrə yönləndirilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar