Ərdoğan Azərbaycanla bağlı vacib sənədi təsdiqlədi

02 Martt 2021 10:32    312 Baxış   
Ərdoğan Azərbaycanla bağlı vacib sənədi  təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

İmzalanan qərara əsasən, bununla da Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Bu sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

Metbuat.az




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar