İndiki Rusiya bu səbəbdən Türkiyə üçün ciddi təhlükədir

25 Avqust 2020 10:00    504 Baxış   
İndiki Rusiya bu səbəbdən Türkiyə üçün ciddi təhlükədir
Aya Sofya mövzusunun mahiyyəti

Bu yaxınlarda Türkiyədə tarixi hadisə baş verdi: 1934-cü ildən müzeyə döndərilən Aya Sofya camisi yenidən Allah evinə, məscidə çevrildi. Prezident Ərdoğanın atdığı bu addım bütün islamofob qüvvələrin üzə çıxması, özlərini ifşa etməsi ilə əlamətdar oldu. Göründü ki, üzdə tolerantlıqdan dəm vuran Qərb aləmi, Avropa və hətta Rusiya qeyri-səmimi və riyakar münasibət bəsləyir müsəlman aləminə.

Əslində, onlar sevinməli idilər; bu müqəddəs məkana bilet pulu ödəyib doluşan ateist ya bütpərəstlər, təkəbbürlü və xəbis niyyətli kimsələr deyil, onların da sözdə qəbul etdikləri Aləmlərin Rəbbinə ibadət etmək üçün gələn insanlar yığışa biləcək. Əslində, bu “muzeybazlar” Allahı sevmədiklərini biruzə verirlər.



Aya Sofya məsələsi bir vacib həqiqəti də üzə çıxardı. ABŞ, Avropa Birliyi, Rusiya üzdə rəqabət aparsalar da, pərdə arxasında İslam əleyhinə vahid bir cəbhədə həmkarlıq edirlər. Rus Ortodoks kilsəsi doktrinal şəkildə Quranın Allahdan nazil olmasını inkar edir. Yəni üzdə nə desə də, İslamı İlahi din kimi qəbul etmir. Digər tərəfdən, Bizansın fəthindən sonra Rusiya İmperiyası “Moskva - üçüncü (yeni) Rumdur ” - siyasi strategiyasını qəbul etdi. Bu gün Kreml bu düsturu bərpa edib, onun dövlət gerbi və bayrağında Bizansın iki başlı qartalı heç də təsadüfi əks olunmayıb! İndiki Rusiya bu səbəbdən Türkiyə üçün ciddi təhlükədir.


Avropa Birliyi də artıq bir bayraq altında birləşmiş yeni super dövlətə çevrilib. Onun bayrağında təsvir olunan 12 ulduz məhz xristianlığı təmsil edir. Bu müqəddəs Məryəmin simvolik obrazından biridir.



Təbii ki, üzdə deməsələr də, bu xristian klubudur və təbii ki, nə Türkiyə, nə Azərbaycana bu klubda yer ola bilməz. Cinayətkar, təcavüzkar, terrorçu və s. xislətli Ermənistan isə onların öz əshabəsidir. Bunları anlamasaq, biz düz siyasət yürüdə bilmərik.

İsmayıl Vəliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar