“İşğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi”

29 Aprelel 2022 14:13    2547 Baxış   
“İşğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi”

“BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, 27 ildə onların heç biri icra edilmədi, biz özümüz onları icra etdik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda London beyin mərkəzinin nümayəndəsi, Sent-Endryus Universitetinin professoru Rik Faunun sualına cavabında bildirib.

Dövlətimizin başçısı deyib ki, o qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır.

“İşğalla bağlı vəziyyət onlar üçün - Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Bizə isə məqbul deyildi, biz azlıqda idik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar