Kremldən ABŞ-ın sanksiya xəbərdarlığına cavab: Putin özü danışacaq!

16 Aprelel 2021 16:47    569 Baxış   
Kremldən ABŞ-ın sanksiya xəbərdarlığına cavab:  Putin özü danışacaq!

ABŞ-ın sanksiyalarına reaksiyanın birbaşa Putinin verəcəyi açıqlanıb.

Dominant.az "Haber Global”a istinadən xəbər verir ki, Ağ Ev ABŞ-dakı prezident seçkilərinə müdaxilə, kiber hücum və Krımın ilhaqı səbəbləri ilə Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

Kremldən verilən son açıqlamada ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların cavabını Putinin verəcəyi bildirilib: "Putin ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək. ABŞ və Rusiyanın ümumi maraqları fərqlidir. Putin hələ "İqlim Sammiti”nə qoşulub-qoşulmayacağına qərar verməyib”.

Qeyd edək ki, ABŞ bir sıra maliyyə qurumları vasitəsi ilə Rusiya Mərkəzi Bankı, Rusiya Milli Sərvət Fondu və Rusiya Maliyyə Nazirliyinə borc verilməsinin qarşısını alacağını, bununla da 2019-cu ilin avqustundan etibarən qüvvəyə minən Rusiya dövlət borcu ilə əlaqədar bəzi əməliyyatlara qoyulan qadağalar genişləndirəcəyini açıqlamışdı. Sanksiyaların əsas hədəfinin Rusiyanın texnoloji şirkətlərinin olduğu bildirilir. Əlavə olaraq, 2020-ci il seçkilərinə müdaxilə cəhtinə görə 16 təşkilat və şəxs, Krımın ilhaqına görə isə 5 şəxs və 3 təşkilat cəzalandırılacaq.

(azxeber.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar