Makron məhz Qarabağ məsələsi ilə Ərdoğana zərbə endirməyə çalışır

26 Noyabr 2020 09:06    475 Baxış   
Makron məhz Qarabağ məsələsi ilə Ərdoğana zərbə endirməyə çalışır

Belçikanın federativ parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının (La Chambre des Représentants) xarici işlər üzrə komitəsi noyabrın 30-da Dağlıq Qarabağla bağlı qətnamə layihəsini müzakirə edəcək.

Sənəd Belçika və qarabağlı separatçılar arasında "diplomatik münasibətlərin qurulması"nı, Dağlıq Qarabağın "müstəqilliyinin tanınmasını", habelə "Azərbaycanın törətdiyi hərbi cinayətlərin pislənməsi"ni nəzərdə tutur.

Rəsmi Brüsselin də Paris təki erməni diasporunun nazı ilə oynayaraq tiqranoidləri öz tərəfinə çəkmək istədiyi aydındır.

O da aşkardır ki, bu prosesin arxasında da Fransa prezidenti Emmanuel Makron durur.

Fransa Senatındakı səsvermə və Belçikalı deputatların "təşəbbüsü" nə ilə nəticələnə bilər?

Əvvəla, bu, Ermənistanın yox, erməni diasporunun cəhdləri və eyforiyasıdır.

Paris kimi, Brüssel də Azərbaycana yox, Türkiyəyə sərt təzyiq və siyasi alver vasitələri əldə etməyə çalışırlar.

Emmanuel Makron fransalı senatorların "səsvermə" sonuclarının "tanınması"nı maksimum uzadacaq, Ankara ilə alver aparacaq, şərtlərini kuluar danışıqlarda səsləndirəcək.

Makron məhz Qarabağ məsələsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zərbə endirməyə çalışır.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar