Paşinyan əhalinin qarşısına çıxdı: “Ölkədən qaçmayacağam”

25 Fevral 2021 14:33    427 Baxış   
Paşinyan əhalinin qarşısına çıxdı:  “Ölkədən qaçmayacağam”

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının qarşısında – Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

Hökumət başçısı hərbi çevrilişin qarşısının alındığını açıqlayıb.

“Ermənistan ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik. Müxtəlif şayiələr yayıblar ki, təyyarə hazırlayırıq, qaçacağıq. Mən və ailəm Ermənistandayıq. Əmin olun”.

Baş nazir daxili toqquşmaların yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan daxilində heç bir münaqişə ola bilməz.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar