"Qarabağda qazanılan zəfər Azərbaycanın ana südü kimi halalıdır”

05 Dekabr 2020 16:49    454 Baxış   
"Qarabağda qazanılan zəfər Azərbaycanın ana südü kimi halalıdır”

“Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.
“Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi”,-deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Minsk qrupunun həmsədri olan Fransa parlamentinin verdiyi qərara da öz mövqeyini bildirib. O, Fransa Senatının bu qərarını qalmaqallı adlandırıb: “Qardaşım İlham Əliyevin də dediyi kimi, Fransa erməniləri bu qədər sevirsə, Marseli onlara verə bilər. Heç bir ölkənin başqa bir ölkənin torpaqlarına bu qədər alçaqcasına hücumu qəbul edilə bilməz. Suriyadan Liviyaya qədər hər yerdə bənzər davranışlara yol verən Fransa problemin həllinə çalışdığını deyil, problemin bir hissəsi olduğunu sübuta yetirir. Ən son Livanda da eyni oyunu oynadı və nəticə almadı. Fransanın bu təhlükəli addımlarına beynəlxalq ictimaiyyətin laqeyd qalmayacağına ümid edirəm. Türkiyə hər zaman və hər yerdə olduğu kimi, haqlının, məzlumun yanında olan siyasətini davam etdirəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar